AZ

Azərbaycanla imzalanan Əsasnaməni nəzərdən keçirəcək - Ermənistan hökuməti

Ermənistan hökuməti Azərbaycanla sərhədin delimitasiyası komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamənin ratifikasiya edilməsi məsələsini nəzərdən keçirəcək.

Bu barədə məlumat Ermənistan Nazirlər Kabinetinin saytında paylaşılıb.

Bildirilir ki, sözügedən məsələ sentyabrın 5-də keçiriləcək iclas zamanı müzakirə ediləcək.

Sənəddə deyilir ki, qanun layihəsi hökumət tərəfindən təsdiq edildikdən sonra Konstitusiya məhkəməsinə, bundan sonra isə parlamentə göndəriləcək.

Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə 2024-cü il avqustun 30-da imzalanıb. Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar.

phrase_var_article.chosen
234
43
sportinfo.az

10phrase_var_article.sources