Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) əməkdaşları terror fəaliyyətində şübhəli bilinən 6 nəfəri saxlayıb.
Axar.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Almatı şəhəri, Qaraqanda, Türküstan və Ulytau vilayətlərində aparılan əməliyyat nəticəsində saxlanılan 6 nəfərdən maddi sübutlar, o cümlədən 3 ədəd qumbara aşkar edilərək götürülüb.
Şübhəlilərdən ikisi əvvəllər quldurluq və oğurluqda təqsirli bilinib.
Saxlanılan şəxslər barəsində terrorçuluğun təbliği maddəsi ilə istintaq başlanılıb.