Qazaxıstan təhlükəsizlik qüvvələrinin əməkdaşları terror fəaliyyətində şübhəli bilinən 6 nəfəri saxlayıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Almatı şəhəri, Qaraqanda, Türküstan və Ulytau vilayətlərində aparılan əməliyyat nəticəsində saxlanılan 6 nəfərdən maddi sübutlar, o cümlədən 3 ədəd qumbara aşkar edilərək götürülüb.
Şübhəlilərdən ikisi əvvəllər quldurluq və oğurluqda təqsirli bilinib.
Saxlanılan şəxslər barəsində terrorçuluğun təbliği maddəsi ilə istintaq başlanılıb.