AZ

Putin Monqolustanda etirazla qarşılandı: Ukrayna bayraqları qaldırıldı

Monqolustanda polis və təhlükəsizlik qüvvələri Rusiya prezidenti Vladimir Putinin Ulan-Batora səfəri zamanı əllərində Ukrayna bayrağı tutan etirazçıların qarşısını alıblar.

Publika.az xəbər verir ki, səfər Monqolustanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Putinin həbsi ilə bağlı orderinə əməl etməsi ilə bağlı çoxsaylı çağırışlar fonunda baş tutub.

Putinin gəlişindən əvvəl Rusiya simvollarının vurulduğu hökumət binasının divarları qarşısında etiraz aksiyası keçirilib. Monqolustan vətəndaşları Ukrayna bayraqları və hökuməti Rusiya prezidentini “hərbi cinayətlərə görə həbs etməyə çağıran” plakatlarla çıxıblar.

Avropa Komissiyasının sözçüsü Nabila Massrali deyib: “Bütün digər ölkələr kimi Monqolustan da beynəlxalq münasibətlərini öz maraqlarına uyğun inkişaf etdirmək hüququna malikdir”.

Monqolustan hələ 2003-cü ildə BCM-ə qoşulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
50
publika.az

10Mənbələr