AZ

Ukraynanın qələbəsi dörd dövlətdən asılıdır - Zelenskidən MÜHÜM AÇIQLAMA

“Bu gün dörd ölkə Kiyevi Rusiyanı Ukrayna ərazisindən çıxarmağa və mülki əhalinin həyatını xilas etməyə kömək edə biləcək dəqiq uzaqmənzilli silahlarla təmin edir və ya təmin etməyə qadirdir”.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski İrlandiyanın baş naziri Saymon Harrislə mediaya birgə bəyanatı zamanı deyib:

“Uzaq mənzilli silahları bizə verən ölkələrdən istifadə etmək üçün icazə lazımdır və bu, onlardan asılıdır. Düzünü desəm, bu, bütün dostların koalisiyası, bütün dünya ölkələri, tərəfdaşlardan asılı deyil”.

O vurğulayıb ki, bu qərar konkret dövlətlərdən asılıdır: ABŞ, Britaniya, Fransa və Almaniya: “Yalnız bu dörd ölkə Rusiyanı ərazimizdən sıxışdırıb çıxarmaqda və bütün şəhərlərdə: Poltava, Dnepr, Krivoy Roq, Lvov, Xarkov, Kiyevdə mülki əhalinin həyatını xilas etməkdə bizə kömək edə biləcək uzaqmənzilli silahları ya verir, ya da təmin etməyə qadirdir. Biz hər gün insanları itiririk və bu problemlərin həllində gücümüz məhz bu dörd dövlətdən asılıdır”.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
9
musavat.com

10Mənbələr