AZ

Son oyunlarda parlayan sima ilə bağlı SEVİNDİRİCİ XƏBƏR

Konfrans Liqasında iki mərhələ adlamaqla alqış qazanan “Zirə”də zədə epidemiyası davam edir.

“Omoniya” ilə görüşdə 4, “Qarabağ”la son oyunda 3 futbolçu bu səbəbdən kənarda qalmışdı.

İsmayıl İbrahimli kollektiv məşqlərə başlayıb və “Qarabağ”la duelin gedişində məcburiyyətdən meydana daxil olub.

Junior Martinsin vəziyyəti ağırdır. Braziliyalı 2-3 ay komandasına kömək edə bilməyəcək.

“Omoniya” ilə səfər görüşündən əvvəl zədələnən Hacıağa Hacılı hələ də müalicə alır. Komanda ilə çalışmalara qoşulması üçün 8-10 gün gözləməlidir.

Sevindirici məqam “Zirə”nin son 3 oyununu kənardan izləyən İssa Cibrila ilə bağlıdır.

Avrokubok görüşlərində inamlı oyunu ilə alqış qazanan solaxay iki həftəlik müalicədən sonra məşqlərə start verib. Odur ki, növbəti oyunda “qartallar”a kömək edəcəyi gözlənilir.

Rəşad Sadıqovun yetirmələri Premyer Liqanın 6-cı turunda “Neftçi”ni qonaq edəcək.

Sentyabrın 15-də gerçəkləşəcək oyun saat 18:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
85
50
sportinfo.az

10Mənbələr