AZ

İtaliya Azərbaycana ixracı artırmağa çalışır - Ticarət Palatasının prezidenti

Roma. Trend:

İtaliya Azərbaycanla ticarət dövriyyəsində ixracın payınıartırmağa çalışır.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərəİtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldideyib.

“İllər ərzində Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsidəyişib. 2013-cü ildə Azərbaycan və İtaliya arasında ticarətdövriyyəsi 8 milyard dollar təşkil edirdisə, 2017-ci ildə 17milyard dollara çatıb. Bu, əsasən, Trans-Adriatik Boru Kəməri (TAP)vasitəsilə Azərbaycandan İtaliyaya qaz tədarükü hesabına başverib”, - deyə Ticarət Palatasının prezidenti bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycandan İtaliyaya və əksinəmalların ixracının həcmində müəyyən fərq var.

“Biz İtaliyanın Azərbaycana ixracını artırmalıyıq. Hazırda burəqəm bir neçə yüz milyon avroya yaxındır. Azərbaycan kiçik ölkəolsa da, inkişaf və əməkdaşlıq imkanları çoxdur”, - deyə ManuelaTraldi bildirib.

O, həmçinin, qeyd edib ki, İtaliya hökuməti öz şirkətlərininAzərbaycan bazarında iştirakını genişləndirmək üçün hər cür səygöstərir.

“Bizim üçün təkcə ticarət dövriyyəsinin artması deyil, həm dəlayihələrin həyata keçirilməsi üçün İtaliya şirkətləri iləbağlanmış müqavilələrin sayının artması vacibdir. İtaliyadan olaniş adamları üçün Azərbaycanda getdikcə daha çox imkanlar açılır”, -deyə Ticarət Palatasının prezidenti bildirib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
4
az.trend.az

6Mənbələr