AZ

Messi və Ronaldosuz – son 21 ildə ilk dəfə

“France Football” nəşri “Qızıl top”a 30 namizədin siyahısını dərc edib. 2003-cü ildən bəri ilk dəfə Kriştianu Ronaldu (“Əl Nəsr”, Portuqaliya millisi) və Lionel Messi (“İnter Mayami”, Argentina millisi) onların arasında deyil.

Müvafiq siyahı jurnalın saytında yerləşdirilib. Mükafat 2023/2024 mövsümünün sonunda dünyanın ən yaxşı futbolçusuna təqdim olunacaq.

“Qızıl top”a iddialıların siyahısına aşağıda adı çəkilənlər daxildir: Cud Bellingem, Kilian Mbappe, Vinisius Junior, Toni Kroos, Antonio Rüdiger, Federiko Valverde, Daniel Karvahal (hamısı “Real”), Ruben Diaş, Erlin Holann, Filip Foden, Rodri (hamısı “Mançester Siti”) , Emiliano Martines (“Aston Villa”), Niko Uilyams (“Atletik”), Qranit Caka, Florian Virts, Aleks Qrimaldo (hamısı “Bayer”), Artem Dovbik (“Jirona”/”Roma”), Mats Hummels (Dortmund “Borussiya”sı/”Roma”), Dani Olmo (“Leypsiq”/”Barselona”), Lamin Yamal (“Barselona”), Harri Keyn (“Bayern”), Vitinya (PSJ), Koul Palmer (“Çelsi”), Bukayo Saka, Martin Edeqor, Vilyam Saliba, Deklan Rays (hamısı “Arsenal”), Hakan Çalhanoğlu, Lautaro Martines (hər ikisi “İnter”), Ademola Lukman (“Atalanta”).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
25
futbolinfo.az

10Mənbələr