AZ

“Neftçi”dən ayrıldı, pulda razılaşmadı, klubsuz qaldı

“Neftçi”dən ayrılan Ataa Caberin işsiz günləri davam edir.

2022-ci ilin yayında “ağ-qaralar”la 2 illik sözləşmə imzalayan, bu ilin iyununda müqaviləsinin müddəti başa çatdığına görə Azərbaycana qayıtmayan israilli müdafiəçi hələ də klubsuzdur.

Mövsümlərarası fasilə dönəmində Premyer Liqamızın iki klubu Caberə maraq göstərib.

Lakin o, “Neftçi”də qazandığından az maaşa oynamaq istəmədiyini deyərək başqa təklifləri gözlədiyini bildirib.

Odur-budur, 3 aya yaxındır 29 yaşlı yarımmüdafiəçinin şərtlərini yerinə yetirə biləcək klub tapılmır.

Hazırda Fələstin millisinin sıralarında olan Ataa “ağ-qaralar”ın şərəfini qoruduğu müddətdə meydana çıxdığı 58 oyunda 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
176
50
sportinfo.az

10Mənbələr