AZ

Su quyusu çökdü, 2 fəhlə torpağın altında qaldı

Su quyusu qazılarkən baş verən çökmə nəticəsində 2 nəfər yerin altında qalıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Samsun bölgəsində baş verib.
 
Belə ki, təxminən 10 metr dərinlikdə baş verən çökmədə quyuda işləyən işçilər Səbri Bayraktar və Mustafa Aydın torpaq altında qalıb. Xəbər üzərinə hadisə yerinə UMKE, Xilasetmə və polis qrupları sövq edilib.
 
Quyunun yerləşdiyi ərazi fındıq bağı olduğundan xilasetmə qruplarının maşınları quruya çatmaqda çətinlik çəkib. Qruplar ərazidə işçiləri xilas etmək üçün işə başlayıb.
 
Komanda 2 işçini xilas etmək üçün işləri davam etdirir. 
 
Oksana
Seçilən
201
5
azxeber.com

10Mənbələr