AZ

“AFB Bank”ın nağd vəsaitlərində 16 milyon manatdan çox azalma

“AFB Bank” bu ilin 6 ayında  ticarət və qiymətli kağızlara 19 milyon 613 min manat investisiya yatırıb.

Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə  21 milyon 962 min manat və ya 52,8 % azdır.

2023-cü ilin sonunda bankın ticarət və qiymətli kağızlara investisiyaların həcmi 41 milyon 575 min manat olub.

Bu ilin hesabat dövründə bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən, bloklaşdırılmış nağd vəsaitlərinin həcmi 32 milyon 923 min manat olub ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 32,8 % və ya 16 milyon 107 min manat azdır.

2023-cü ilin sonunda bankın nağd vəsaitlərinin həcmi 49 milyon 30 min manat olub.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70 393 455 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 265 manat olan 55 647 səhm əsasında formalaşıb. Səhmlərin 99,64 %-i "Gilan" MMC-yə, 0,18 %-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu "Gilan Holding" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Həsən Əkbər oğlu Abdullayevə məxsusdur.

Nara

Seçilən
226
1
valyuta.az

10Mənbələr