AZ

“Naxçıvana gedən yolu təmin etməyə hazırıq” – İrəvandan rəsmi AÇIQLAMA

“Biz regional kommunikasiyaların açılmasından danışanda Azərbaycanın reaksiyası belə oldu ki, Ermənistan bunu istəmir və biz bu layihələri İran ərazisindən keçirəcəyik”. 

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Dünya Erməni Sammiti çərçivəsində panel müzakirəsi zamanı deyib.

Paşinyan qeyd edib ki, Ermənistan Azərbaycana İranla eyni şərtlərlə keçidi təmin etmək istəyir: “Yollar Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına xələl gətirmədən işləməlidir.

Üstəlik, biz prosedurların müəyyən sadələşdirilməsini də istisna etmirik və bunu ikitərəflilik məntiqində dərk edirik.

Bizim sosial şəbəkələrdə deyirlər ki, o yol açılsa, xəyanət olar. Yəni deməliyik ki, biz Azərbaycandan Naxçıvana öz ərazimizlə getməyə icazə vermirik? Bu hansı məntiqdir, bunu deməyə nə ehtiyac var? Əksinə, biz səmimi və şəffaf şəkildə deyirik ki, biz o yolu təmin etməyə hazırıq. Təbii ki, biz onların İrandan keçməsinin əleyhinə deyilik, bu, İranla Azərbaycan arasındakı münasibətlərin problemidir, lakin bir daha təsdiqləyirik ki, biz də eyni şərtlərlə yolu təmin etməyə hazırıq”.

Seçilən
190
1
yenicag.az

10Mənbələr