AZ

Millimiz (U-16) beynəlxalq turnirdə iştirak edəcək

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 25-dən 28-dək Bakıda təlim-məşq toplanışı keçəcək.
Millimiz sentyabrın 29-dan oktyabrın 7-dək Türkiyə Futbol Federasiyasının təşkilatçılığı ilə Ərzurum şəhərində baş tutacaq “U-16 Türkdilli Ölkələr Turniri”ndə mübarizə aparacaq.
Ərzurum Yüksək İrtifa Təlim-Məşq Mərkəzində təşkil olunacaq yarışda Türkiyə, Azərbaycan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və qonaq qismində Gürcüstan komandası iştirak edəcək. Komandalar iki qrupda mübarizə aparacaqlar. U-16 millimiz A qrupunda Türkmənistan və Türkiyə yığmaları ilə qarşılaşacaq.
Qrup qalibləri birinci yer uğrunda, ikinci yeri tutanlar üçüncü yer uğrunda, üçüncü pillənin sahibləri isə beşinci yer uğrunda görüşdə bir-biriləri ilə qarşılaşacaqlar. Həlledici matçlar oktyabrın 6-da keçiriləcək.
 
Millimizin oyunların təqvimini diqqətinizə çatdırırıq:
 
2 oktyabr
16:00. Türkmənistan  – Azərbaycan
 
4 oktyabr
16:00. Azərbaycan  – Türkiyə
 
Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
5
affa.az

6Mənbələr