AZ

Azərbaycanı Rusiyada təmsil edəcək güləşçilər müəyyənləşdi

Azərbaycanı Rusiyanın Tümen şəhərində keçiriləcək yunan-Roma güləşi üzrə beynəlxalq turnirdə təmsil edəcək idmançılar müəyyənləşib.

Publika.az xəbər verir ki, ənənəvi turnirdə ölkəmizi baş məşqçi Aleksandr Tarakanov və məşqçi Kamran Məmmədovun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli, Fərid Baxışlı (hər ikisi 63 kq), Ülvü Qənizadə, Faiq Səfərli (hər ikisi 72 kq) və Qurban Qurbanov (82 kq) təmsil edəcək.

Komanda sabah Rusiyaya yollanacaq.

Dünya və Avropa çempionu, olimpiya mükafatçısı Vladimir Çeboksarovun şərəfinə təşkil olunacaq yarışda Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan komandaları iştirak edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
10
publika.az

10Mənbələr