Moskva Cümə məscidində “Qalimcan Barudi adına mütaliələr” mövzusunda XVII Beynəlxalq teoloji elmi-maarifləndirici konfrans keçirilib. Məclis çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Mos-kva İslam İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumu XX Beynəlxalq Müsəlman Forumunda iştirak edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru Damir Muxetdinov imzalayıblar. Sənədə əsasən, Moskva İslam İnstitutunda “Azərbaycan multikulturalizmi” fənni tədris olunacaq. Həmçinin tərəflər arasında multikulturalizm və dini tolerantlıq mövzularında birgə layihələr həyata keçiriləcək. Birgə təşkil olunan seminarlar, konfranslar və müzakirələr “Azərbaycan multikulturalizmi” kursunu keçənlərə müasir dini və sosial məsələlərə dair biliklərini artırmağa kömək edəcək. Qarşılıqlı təcrübə mübadiləsi hər iki qurum üçün faydalı olacaq.
XQ