AZ

Berbok: "Qərbin köməyi olmasa, Ukraynanın sonu gələcək"

Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukrayna münaqişəsi ilə bağlı diqqət çəkən açıqlamalar verib.

Turkustanı.az xəbər verir ki, o, rəsmi Berlinin lazım olduğu müddətdə Ukraynaya bütün gərəkən yardımları göstərməyə davam edəcəyini deyib.

Berbokun fikrincə Almaniya Kiyevdən "əlini çəksə", bu, Ukraynanın sonu olacaq. O, həmçinin xüsusi olaraq vurğulayıb ki, Qərb ölkələri Kiyevə kömək etməsələr, ölkənin gələcəyi sual altında qalacaq.

Xatırladaq ki, Almaniya XİN rəhbəri sentyabrın 17-də qışda Ukraynaya 100 milyon avro ayrılacağını açıqlamışdı. O, Kiyevi dəstəkləmək üçün yeni vəsaitin ayrılmasını Rusiyanın Ukraynanın enerji infrastrukturuna silsiləsi hücumlar planlaşdırması ilə əlaqələndirib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib./azvision.az/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
4
turkustan.az

10Mənbələr