AZ

“Telegram” Fransa kəşfiyyatı ilə əməkdaşlığa başladı

“Telegram” messenceri indi kibercinayətləri araşdırarkən təkcə Fransanın deyil, digər ölkələrin də hüquq-mühafizə orqanları ilə əməkdaşlığa başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Le Figaro” yazır. Buna platformanın həmtəsisçisi Pavel Durovun həbsi səbəb olub. Bildirilib ki, istintaqın təzyiqi ilə Durov “Telegram”dan “Yaxınlıqdakı insanlar” funksiyasının silinməsi və messencerin moderasiyasının sərtləşdirilməsi imkanlarını müzakirə etməyə başlayıb.

Xatırladaq ki, “Telegram” messencerinin təsisçisi avqustun 24-də Parisin Le Burje hava limanında həbs edilib. P.Durov avqustun 28-də “Telegram” platformasında mütəşəkkil cinayətkarlıqla əlaqəli bir sıra cinayətlərə görə, xüsusən də məhkəmə dinləmələri üçün zəruri olan məlumatların ötürülməsindən imtina etmək, narkotiklərin qanunsuz dövriyyəsi, uşaq cinayətlərində iştirak kimi müxtəlif cinayət və qanun pozuntularında iştirak etməkdə ittiham olunub. O, “Telegram”da cinayət və ya kriminal məzmunun yayılmasına qarşı fəaliyyətsizlikdə ittiham olunub, ancaq şirkət bunu təkzib edib.

Bildirilir ki, Fransız inzibati sənədinə əsasən, Fransa hakimiyyəti “Telegram”ın baş direktoru və onun həmtəsisçisi qardaşı Nikolaya qarşı 25 mart 2024-cü ildən axtarış qərarı verib. Məhkəmə nəzarəti altında azadlığa buraxılan “Telegram”ın təsisçisinə qarşı ciddi öhdəliklər, o cümlədən beş milyon avroluq girov və Fransa ərazisini tərk etmək qadağası qoyulub.

Fransa mətbuatı məsələyə yaxın mənbəyə istinadən onu da yazır ki, Pavel Durova qarşı Parisdə yetkinlik yaşına çatmayanlar üçün idarəyə (OfMin) həvalə edilmiş övladlarından birinə qarşı “ciddi zorakılıq” etdiyinə görə ikinci istintaq başladılıb. Hərəkətlərin onun Parisdə məktəbdə oxuyarkən yeddi yaşlı oğluna qarşı törədildiyi iddia edilir. (azvision.az)

Seçilən
113
2
bakivaxti.az

10Mənbələr