Zaqatala Rayon Mərkəzi Xəstəxanasında ölüm halı qeydə alınıb.
Leqal.info xəbər verir ki, rayonun Mosul kənd sakini 1992-ci il təvəllüdlü Sevinc Ələddin qızı Gülməmmədova ötən gün axşam saatlarında halı pisləşdiyi üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Yardım Şöbəsinə daxil olub. 32 yaşlı S. Gülməmmədova bu gün günorta saatlarında xəstəxanada hələ ki məlum olmayan səbəbdən vəfat edib. S. Gülməmmədovanın ölümünün dəqiq səbəbinə aydınlıq gətirilməsi üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Məlumata əsasən, S. Gülməmmədova bir neçə ay öncə sirkə turşusundan kəskin zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta