AZ

"Hizbullah"ın yeni lideri KİMDİR? - DOSYE

Xəbər verdiyimiz kimi, Livan “Hizbullah”ının yeni lideri Seyid Haşim Səfiuddinin təyin olunub.

O, İsrailin bombardmanı nəticəsində öldürülən Seyid Həsən Nəsrullahdan sonra "Hizbullah"a rəhbərlik edəcək.

Qeyd edək ki, Nəsrullah 1992-ci ildən hərəkata başçılır edirdi.

Yeni rəhbər Haşim Səfuiddinin dosyesini təqdim edirik: 

Haşim Səfiuddin 1964-cü ildə Livanın cənubundakı Deyr Qanun əl-Nahrda nüfuzlu şiə ailəsində anadan olub. “Hizbullah”ın yüksək vəzifəli rəsmisi Həsən Nəsrullahın ana tərəfdən əmisi oğludur. O, hərəkatın İcraiyyə Şurasının rəhbəri, təhlükəli beynəlxalq terrorçu sayılır, “Hizbullah”ın "ikinci nömrəsi" hesab olunur.

2017-ci ildə ABŞ Dövlət Departamenti onu terrorçu kimi tanıyıb.

Livana geri çağırılana qədər Haşim Səfiuddin Nəcəf (İraq) və Qumda (İran) Nəsrullahla ilahiyyat təhsili alıb. 1995-ci ildə o, hərəkatın ən yüksək qurumu olan “Məclis əş-Şura”ya (Məşvərət Məclisi) təyin edilib. Haşim Səfiuddin “Cihad Şurası”nın rəhbəri təyin olunub.

O, “Hizbullah”ın üç əsas liderindən biridir - digər ikisi İsrail qüvvələri tərəfindən öldürülən Həsən Nəsrullah və Naim Qasimdir. 2006-cı ildə baş katib vəzifəsinə Həsən Nəsrullahın mümkün varisi kimi onun namizədliyi göstərilib.

2020-ci ilin iyun ayında oğlu Seyid Rza Haşim Səfiuddin keçmiş Qüds Qüvvələri komandiri Qasim Süleymaninin qızı Zeynəb Süleymani ilə evlənib.

Musavat.com

Seçilən
79
16
musavat.com

10Mənbələr