AZ

İsveç klubunu “Qarabağ”la Bakıdakı oyunda 80-ə yaxın azarkeş dəstəkləyəcək

UEFA Avropa Liqasının əsas mərhələsinin II turunun “Qarabağ”la oyunu üçün Bakıya gələcək “Malmö” azarkeşlərinin sayı bəlli olub.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçda İsveç klubunu 60-80 nəfər arası fanat dəstələyəcək.

Qeyd edək ki, oktyabrın 3-də oynanılacaq “Qarabağ” – “Malmö” qarşılaşması saat 20:45-də start götürəcək.

DOĞRU.AZ

Seçilən
4
6
dogru.az

7Mənbələr