Ulduz futbolçu milli komanda haqqını Türkiyədən yana istifadə etdi.
Offsideplus.az xəbər verir ki, "Ştutqart"da çıxış edən Atakan Karazorun "ay-ulduzlular"ı seçdiyi iddia edilib. Bu barədə "Sky Almaniya" məlumat yayıb.
TFF rəhbəri İbrahim Hacıosmanoğlu ilə görüşən 27 yaşlı oyunçunun oktyabr ayında açıqlanacaq heyətdə yer alacağı bildirilib.
Qeyd edək ki, futbolçu yeni mövsümdə Bundesliqa təmsilçisinin forması ilə 8 matçda meydana çıxıb və 1 qola, 1 məhsuldar ötürməyə imza atıb.