Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri və Neftçala rayonunun inzibati ərazisindəki akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Araşdırma zamanı həmin şəxslərin Bakı şəhər sakini Vüqar Əsgərov, Neftçala rayon sakinləri Məhərrəm Məcidov, Saleh İmanov, Hicran və Rövşən Əliyevlər olduğu müəyyən edilib. Onlardan qanunsuz ovlanmış balıq və istifadəsi qadağan olunmuş ov alətləri aşkar edilərək götürülüb.
Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.