AZ

İsrail İranın hücumunun təfərrüatını açıqladı

İranın raket hücumu İsrailə ciddi ziyan vurmayıb.

Axar.az xəbər verir ki, bunu İsrail ordusunun rəsmisi Anna Ukolova deyib.

"Hava hücumundan müdafiə sistemlərinin işləməsi nəticəsində minimal ziyan dəyib. İsrailin mərkəzi və cənubunda bəzi zərbələr oldu, lakin onlar kiçikdir. İran tərəfdən çoxlu xəbərlər var, ona görə də vurğulamaq istəyirəm ki, Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətinə heç bir ziyan dəyməyib. Təyyarələr və bütün hava hücumundan müdafiə sistemləri əvvəlki kimi fəaliyyətini davam etdirir", - A.Ukolova bildirib.

Rəsmi təsdiqləyib ki, İsrail hərbçiləri Livandan atılan ümumilikdə təxminən 180 raket aşkarlayıb, əksəriyyəti uğurla ələ keçirilib:

"Bu, nümayişkaranə hücum deyil - hər raket ölüm və yüzlərlə kiloqram partlayıcı maddə daşıyırdı".

Qeyd edək ki, İran ötən gün axşam saatlarında İsrailə kütləvi raket zərbələri endirib. İran mediası israilin 20 F-35 təyyarəsi və HHM sistemlərinin məhv edildiyi barədə iddia yayıb.
Seçilən
152
50
sherg.az

10Mənbələr