AZ

ÜST meymunçiçəyini aşkar edən ilk testi təsdiq edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi diaqnozu üçün ilk testi təsdiq edib. Təşkilat aydınlaşdırıb ki, erkən diaqnoz vaxtında müalicəni, həmçinin virusun yayılmasına nəzarəti təmin edir, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

Test “Abbott Molecular Inc” tərəfindən istehsal edilib. Onun istifadəsi xəstəliklərin yayılması səbəbindən sürətli və dəqiq testlərə ehtiyacın kəskin şəkildə artdığı ölkələrdə diaqnostika imkanlarının genişləndirilməsi üçün kritik əhəmiyyət kəsb edəcək, ÜST-nin press-relizində deyilir. Təşkilat əlavə edib ki, Afrikada virus halları üçün sınaq imkanları məhdud olaraq qalır.

Avqust ayında ÜST meymunçiçəyi xəstəliyini ictimai səhiyyə üçün fövqəladə vəziyyət elan edib. Afrika İttifaqının Xəstəliklərə Nəzarət Mərkəzinin oktyabrın 3-nə olan məlumatına görə, ilin əvvəlindən regionda virusdan 866 ölüm halı müəyyən edilib. Yoluxma halları ABŞ, İspaniya, Fransa, Böyük Britaniya, İsveç və Mərakeşdə olub.

Seçilən
158
50
banker.az

10Mənbələr