AZ

“Hizbullah” lideri Həsən Nəsrullahın mümkün varisi Haşim Səfiəddin öldürülüb?

İsrail Hərbi Hava Qüvvələri oktyabrın 3-ü axşam saatlarında Beyrutun cənub ətrafına zərbələr endirib.

Hücumun hədəfi Livan “Hizbullah” hərəkatının ölmüş baş katibinin ehtimal varisi adlandırılan Haşim Səfiəddin ola bilərdi.

Editor.az bildirir ki, bu barədə X sosial şəbəkəsində İsrail mənbələrinə istinadən Amerikanın “Axios” portalının jurnalisti Barak Ravid məlumat verib. Oxşar məlumatı Səudiyyə Ərəbistanının “Al Hadath” telekanalı da yayıb.

Səfiəddin bəyin taleyi ilə bağlı hələ heç nə məlum deyil.
Xatırladaq ki, “Hizbullah”ın baş katibi Həsən Nəsrullah sentyabrın 27-də İsrailin endirdiyi zərbə nəticəsində öldürülüb.

//Samir Qurbanov, Editor.az

Seçilən
21
50
editor.az

10Mənbələr