İsrail \"Hizbullah”ın hərbi obyektləri məhv edilənə qədər əməliyyatı davam etdirəcək.
Bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.
O qeyd edib ki, \"Hizbullah\"a güclü zərbələr endirilir və İsrail ordusu \"yeni sürprizlər” təşkil edəcək:
\"Biz artıq \"Hizbullah”ın lideri Həsən Nəsrullahı öldürmüşük. Ehtiyatda daha çox sürprizlərimiz var, onların bəziləri artıq nümayiş etdirilib, bəziləri isə hələ həyata keçiriləcək\".