AZ

ABŞ Cənubi Qafqazda öz oyunçularını dövriyəyə buraxmaqdadır -ANALİZ

“Amerika Birləşmiş Ştatları dünya siyasətində qlobal gücdür. Regional qlobal siyasətdə ABŞ-dən hansı fikir irəli sürülürsə, Avropa Birliyi gözünü yumaraq onu dəstəkləyir. ABŞ-nin Cənubi Qafqaz ölkələrinə, xüsusilə də Azərbaycana münasibəti fərqlidir. Çünki ABŞ Cənubi Qafqazı öz təsirinə salmaq istəyir”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında politoloq Azad  Məsiyev Qərb təşkilatları və dövlətlərinin riyakar addımlarını şərh edərkən bildirib. 
O söyləyib ki, ABŞ region ölkələrini təsiri altına salmaqla Rusiyaya qarşı istifadə etmək məqsədi daşıyır:

“Azərbaycan Prezirenti İlham Əliyev müsahibələrinin birində söylədi ki, bizim Vətən savaşında qələbəmiz böyük güclərin siyasi laylarını tərpətdi. Azərbaycanın zəfəri başda Amerika olmaqla Qərbin Cənubi Qafqazdakı maraqlarını fiaskoya uğratdı. Ona görə də Amerika Cənubi Qafqazda öz oyunçularını dövriyəyə buraxmaqdadır. Ümumiyyətlə Cənubi Qafqazda Fransa, Almaniya, Kanada, Latviya Amerika adına Azərbaycana qarşı oynayırlar. Artıq Azərbaycan həmin ölkələrə qarşı adekvat cavab verdiyinə görə ABŞ özü işə soxulur. ABŞ və NATO bloku Rusiyanı özlərinə düşmən edib. Ona görə də Rusiyaya qonşu olan dövlətlərdən rəsmi Moskva əleyhinə istifadə etməkdədir. Bunu Gürcüstanda Mixail Saakaşvilinin, Ukraynada Vladimir Zelenskinin dövründə də gördük. Azərbaycana qarşı olan təzyiqlərin kökündə də bunlar dayanır. Azərbaycan isə xarici siyasət kursunda beynəlxalq hüquqa əsaslanan balanslaşdırılmış münasibətə üstüklük verir. Bu siyasət də ABŞ-ni qane etmir. Rəsmi Vaşinqton qeyri-rəsmi şəkildə söyləyir ki, ya bizimləsən, ya da bizə düşmənsən. Azərbaycan da heç zaman ABŞ kimi böyük güclərin əlində alətə çevrilərək Rusiyaya düşmən mövqe ortaya qoymaq istəmir”.

Ekspert qeyd edib ki, Amerikanın Azərbaycana qarşı təzyiqləri yeni deyil:
“ABŞ Ermənistanın Azərbaycana qarşı apardığı siyasəti dəstəkləyir və torpaqlarımızın 20 faizi işğal altında olanda səsini çıxarmırdı. ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən idi. Onlar açıq şəkildə Azərbaycana təzyiq göstərirdilər ki, Ermənistanın işğalçılığını qəbul edərək işğal altında olan torpaqlardan əl çəksin. Amerikanın Azərbaycana qarşı apardığı siyasət qərəzlidir və düşmənlik mövqeyindən xəbər verir. Cənubi Qafqazda söz sahibi olan Azərbaycandır. Azərbaycanla müzakirə edilmədən Cənubi Qafqazda heç bir proyektlər həyata keçirilə bilməz. Ona görə də Amerika Ermənistan üzərindən Azərbaycana təzyiqlər aparır. Yəni Ağ ev Ermənistanın əlini hərbi, iqtisadi cəhətdən gücləndirərək Azərbaycana qarşı təzyiqlər həyata keçirmək niyyətindədir. Hərbi yardımlar isə yenidən atəşkəsin pozulmasına və yenidən münaqişə ocaqlarının alovlanmasına hesablanıb. Avropanın Azərbaycana qarşı davranışları heç bir normala uyğun gəlmir. Hesab edirəm ki, belə davranışlar riyakarlıq və ikiüzlülükdür. ABŞ tərəfindn Qonşu Gürcüstanda da belə proseslər davam etdirilir. Gürcüstanın indiki siyasi hakimiyyəti öz dövlət və milli maraqlarını nəzərə alaraq “xarici agentlər haqqında” qanun qəbul etdi. Gürcüstanın bu addımı isə Amerikanın maraqlarına uyğun gəlmir. Buna görə də Amerika Gürcüstanda hakimiyyət çevrilişi etmək niyyəti güdür”.
phrase_var_article.chosen
119
50
sherg.az

10phrase_var_article.sources