Bakı, 8 oktyabr, AZƏRTAC
Polşa müdafiə nazirinin müavini və Donald Tuskun hakim “Vətəndaş” koalisiyasının nümayəndəsi Sezari Tomçik ABŞ-dakı həmvətənlərini prezident seçkilərində Demokratlar partiyasının namizədi Kamala Harrisə səs verməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, siyasətçi demokratları Ukrayna və Polşaya davamlı dəstəyin təminatçısı adlandırıb.
“Düşünürəm ki, ABŞ-dakı Polşa diasporu Kamala Harrisə səs verəcək. O, Ukraynaya, eləcə də Polşaya davamlı dəstəyin təminatıdır”, - deyə Sezari Tomçik bildirib.
Bu ərəfədə Respublikaçılar partiyasının namizədi Donald Tramp da ABŞ-dakı Polşa diasporundan səs istəyib. O, həmçinin demokratların polyakları sevmədiyini deyib.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkilərdə Respublikaçılar partiyasını ölkənin sabiq prezidenti Donald Tramp, Demokratlar partiyasını isə hazırkı vitse-prezident Kamala Harris təmsil edəcək.