AZ

Azərbaycan çempionatının və kubokunun püşkü atıldı

Bu gün voleybol üzrə Azərbaycan çempionatının (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, mərasimdə Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, virse-prezidentləri Faiq Qarayev, Bəhruz Quliyev, baş katibi Faiq Orucov iştirak ediblər.

Tədbirdə həm kişilər, həm də qadınlar arasında ölkə çempionatının püşkü atılıb.

Püşk nəticəsində ilk turda qarşılaşacaq cütlər bəlli olublar.

Yüksək Liqa

Qadınlar
“Azərreyl”
“Abşeron”
“Gəncə”
“Milli Aviasiya Akademiyası”
“Murov”
UNEC

1-ci tur
“Gəncə” – “Abşeron”
“Milli Aviasiya Akademiyası” – “Azərreyl”
“Murov” – UNEC

Kişilər
“Azərreyl”
“Neftçi”
“Gənclər”
“Xilasedici”
“Murov”
MOİK

1-ci tur
“Murov” – MOİK
“Neftçi” – “Azərreyl”
“Gəncə” – “Xilasedici”

Voleybol üzrə qadınlar və kişilər arasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunacaq Azərbaycan Kubokunun da püşkatma mərasimi keçirilib.

Püşk nəticəsində qrupların tərkibi müəyyənləşib.

Qadınlar

A qrupu
“Gəncə”
“Azərreyl”
UNEC

B qrupu
“Abşeron”
“Milli Aviasiya Akademiyası”
“Murov”

Kişilər

A qrupu
“Gənclər”
“Azərreyl”
“Neftçi”

B qrupu
“Murov”
“Xilasedici”
MOİK

Seçilən
21
5
arena.az

6Mənbələr