Dövlət Gömrük Komitəsi (DGK) "Fab Boya və Kimya Sənayesi" MMC barəsində inzibati protokol tərtib edib.
Valyuta.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham irəli sürülüb.
İşə Binəqədi Rayon Məhkəməsində baxılacaq.
485.2-ci maddədə vəzifəli şəxslərin 1000 manat, hüquqi şəxslərin isə 1500 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.
"Fab Boya və Kimya sənayesi" MMC tanınmış boya şirkətidir.
Hüseyn