AZ

Qəzzada ölənlərin sayı 42 min 65-ə yüksəldi

Qəzzada Fələstin Səhiyyə Nazirliyindən Qəzza zolağındakı vəziyyətlə bağlı məlumat verilib.

News24.az TRT-yə istinadən xəbər verir ki, İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi “5 qırğın”da 55 nəfərin öldüyü, 166 nəfərin yaralandığı bildirilib.

Ölənlərin sayının 42 min 65-ə, yaralıların sayının isə 97 min 886-ya yüksəldiyi qeyd edilib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Günel Məlikzadə

Seçilən
43
1
news24.az

10Mənbələr