AZ

İqlim maliyyəşləməsi istiqamətində hərəkət etmək üçün birlikdə çalışmalıyıq -Cenifer Morqan

İqlim maliyyəşləməsi istiqamətində hərəkət etmək üçün birlikdə çalışmalıyıq.

“İki sahil” xəbər verir ki, bu barədə Federal Xarici İşlər Nazirliyində Beynəlxalq İqlim Fəaliyyəti üzrə Xüsusi Elçinin müavini Cenifer Morqan Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən panel iclası zamanı deyib.

O qeyd edib ki, Almaniya Uyğunlaşma Fondunun ən böyük maliyyəçisidir.

“Biz sadəcə ümid edirdik bu ilki COP-da maliyyəni artıra və başqalarını da bunu etməyə təşviq edə bilərik. Bir qrup inkişaf etmiş ölkə hazırda COP28-də tələb olunduğu kimi uyğunlaşma maliyyəsi üzrə irəliləyiş haqqında hesabat hazırlayır və biz ümid edirik ki, bu, həqiqətən də güclü mübadilə ola bilər”, - Cenifer Morqan əlavə edib.

Seçilən
8
2
ikisahil.az

4Mənbələr