AZ

FIFA "Barselona"ya 6 milyon avro təzminat ödəməli olacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bir ilə yaxındır zədədən əziyyət çəkən Qaviyə görə "Barselona" Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasından (FIFA) böyük məbləğdə təzminat ala bilər.
Oxu.Az xəbər verir ki, "Mundo Deportivo" təzminat məbləğinin azı 6 milyon avro olacağı barədə məlumat yayıb.
Milli komandaların oyunlarında futbolçuların aldığı zədələrə görə klublara pul ödəyən FIFA 20 yaşlı yarımmüdafiəçinin xəstəxanada keçirdiyi hər gün üçün kataloniyalılara 20 min avroya yaxın pul verəcək.
Qeyd edək ki, Qavi ötən ilin noyabrında İspaniya millisinin Gürcüstanla oyununda zədələnib və dizinin çarpaz bağları sıradan çıxdığı üçün əməliyyat olunub.
Seçilən
154
50
oxu.az

10Mənbələr