AZ

Ermənistan KTMT-nin yardımından imtina etdi

Ermənistana yardımla bağlı sənədin KTMT sammitinin gündəliyindən çıxarılmasını erməni tərəfi xahiş edib.

Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı bildirib.

Görüş zamanı o da bildirilib ki, 22 noyabrda Minskdə KTMT ölkələrinin müdafiə nazirləri, xarici işlər nazirləri şuraları və təhlükəsizlik şuraları katibləri komitələrinin iclasları, 23 noyabr tarixində isə KTMT-nin sammiti keçiriləcək.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl Belarus Prezidentinə KTMT Sammitində iştirak etməyəcəyini bildirib.
 
///APA 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
187
7
azxeber.com

10Mənbələr