AZ

"Bu, tərəfdaşlarımız üçün dərs olmalıdır" - Stoltenberq

 
"NATO heç vaxt Rusiya təhlükəsinə göz yummayıb..."
 
Şimali Atlantika Alyansının sabiq baş katibi NATO-nun Ukrayna ilə bağlı böyük yanlışlığını etiraf edib
 
NATO-nun sabiq baş katibi Yens Stoltenberq etiraf edib ki, Ukraynaya xeyli hərbi dəstək göstərilməməsi Rusiyanın bu ölkəyə tammiqyaslı hərbi müdaxiləsini asanlaşdırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "Der Spiegel" nəşrinə müsahibəsində bəyan edib. Məlumatı "nv.ua" nəşri yayıb.
 
O, bəyan edib ki, bu, bütün tərəfdaşlarımıza gələcək üçün dərs olmalıdır. "Biz öz hərbi hücümüzə müharibə aparmaq üçün deyil, onun qarşısının alınması üçün investisiya qoyuruq. Əks halda təkcə Rusiya deyil, heç kim bizi ciddi qəbul etməyəcək", - o, əlavə edib.
 
Onun sözlərinə görə, Şimali Atlantika Alyansı ölkələri görüb ki, Kreml hakimi getdikcə daha da aqressivləşir, ona görə də Krımın ilhaqından sonra müdafiəni möhkəmləndirib.
 
"Soyuq müharibə" bitəndən sonra ilk dəfə olaraq biz Alyansın şərq cinahında döyüş qoşunları yerləşdirdik. Ona görə də biz heç də bu təhlükəyə göz yummamışdıq", - Stoltenberq əlavə edib.
 
Eyni zamanda o, hələ də Almaniyanın sabiq kansleri Angela Merkelin Rusiyaya münasibətdə strategiyasının düzgün olduğunu hesab edir:
 
"Soyuq müharibə"dən sonra Rusiya ilə daha yaxşı münasibətlər qurmağa cəhd edilməsi düzgün olub. Hətta Krımın ilhaqı və Donbasda döyüş əməliyyatları başlayandan sonra da biz NATO-Rusiya Şurasında görüşləri davam etdirmişik. Sonuncu dəfə belə görüş 2022-ci ilin yanvarında olub".
 
Stoltenberqin istefası
 
Xatırladaq ki, Stoltenberq 2014-cü ildən NATO-nun baş katibi vəzifəsində olub. Oktyabrın 1-də onu Niderlandın sabiq baş naziri Mark Rütte əvəzləyib. 
 
Bu yaxınlarda müsahibələrinin birində Stoltenberq deyib ki, Ukrayna prezidenti Vladimir Zelenskini lazımınca dəyərləndirməyib, çünki onun hərbi lider olacağını təsəvvür etməyib.
Seçilən
43
50
moderator.az

10Mənbələr