Sudanda Rusiya vətəndaşların olduğu ehtimal edilən təyyarənin vurulması barədə məlumat yayılıb.
İqtisadiyyat.az xəbər verr ki, bu barədə Rusiyanın Sudandakı səfirliyi öz teleqram kanalında məlumat yayıb.
Qeyd edilir ki, hadisə Darfur bölgəsində baş verib. Bu, vəziyyəti mürəkkəbləşdirir, çünki həmin ərazi hazırda döyüşlərin davam etdiyi zonadadır.
Həmçinin, Sudandakı "Sürətli Reaksiya Qüvvələri" (Rapid Support Forces) adlı hərbi təşkilatın ölkə ərazisində yük təyyarəsinin vurulduğunu və içərisində rusiyalıların ola biləcəyini bəyan etdiyi bildirilib.
Vurulan təyyarənin BƏƏ-yə məxsus olduğu da deyilir.
Rapid Support Forces shot down a cargo airplane in N Darfur, claiming that they had eliminated an Antonov plane used as bomber by Sudan military.
— Mete Sohtaoğlu (@metesohtaoglu) October 21, 2024
However, evidence from wreckage suggests that this airplane actually was part of an airlift sponsored by UAE in support of RSF itself pic.twitter.com/jttJqnMSYK