AZ

“Barselona” Madriddə “Real”ı darmadağın etdi - VİDEO

İspaniya La Liqasında “El Klasiko” keçirilib.

Sportinfo.az xəbər verir ki, “Real” XI turda “Barselona”nı qəbul edib.

“Santyaqo Bernabeu” stadionunda keçirilən görüş qonaqların 4:0 böyük hesablı qələbəsi ilə yekunlaşıb.

“Barselona”nın heyətində qolları Robert Levandovski (dubl), Lamin Yamal və Rafinya vurublar.

Bu nəticədən sonra xallarını 30-a çatdıran “Barselona” turnir cədvəlinə başçılıq edir. “Real Madrid” isə 24 xalla 2-ci pillədə qərarlaşıb.

“Real” - “Barselona” 0:4

Qollar: Levandovski, 54, 56, Yamal, 77, Rafinya, 84

Baş hakim: Xose Sançez
“Santyaqo Bernabeu”.

Seçilən
63
11
sportinfo.az

10Mənbələr