AZ

Almaniya vətəndaşı İranda edam edilib

Almaniya vətəndaşlığı da olan iranlı Cəmşid Şarmaxd İran həbsxanasında edam edilib.

Herbiand.az xəbər verir ki, bu barədə oktyabrın 28-də İranın rəsmi ədliyyə portalı “Misan” məlumat yayıb.

"Alman dalğası"nın məlumatına görə, hüquq müdafiəçiləri, xüsusən də ABŞ-da yaşayan Şarmaxdanın qızı məhkumu xilas etmək üçün sona qədər mübarizə aparsalar da buna nail ola bilməyiblər.

Şarmaxdın qohumlarının dediyinə görə, o, son bir neçə ildə ABŞ-da yaşayırmış və 2020-ci ildə Dubayda istirahət zamanı İran kəşfiyyatçıları tərəfindən qaçırılıb. Tehran onu İranda terror təşkilatı kimi tanınan Tondar müxalifət qrupunun lideri hesab edirdi.

Almaniyanın xarici işlər naziri Annalena Baerbok edamı pisləyib. O qeyd edib ki, problemin həlli üçün bir neçə dəfə İrana yüksək səviyyəli heyət göndərilib. “Biz dəfələrlə Tehrana açıq şəkildə bildirmişik ki, Almaniya vətəndaşının edam edilməsi ciddi nəticələrə gətirib çıxaracaq”, - deyə Baerbok bildirib.

phrase_var_article.chosen
96
34
herbiand.az

10phrase_var_article.sources