AZ

Məktəblərdə aparılan yoxlamalar nəticəsində 134 direktor və direktor müavini işdən çıxarılıb

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrində yoxlama-nəzarət tədbirləri aparılır. Nəzarət tədbirləri nəticəsində qanunvericiliyin tələblərinə əməl etməyənlərlə bağlı ölçü götürülür.

TƏHSİL.BİZ xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 1 illik fəaliyyətinə dair təşkil olunan brifinqdə Agentliyin direktoru Eşqi Bağırov deyib.O bildirib ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir, vətəndaş və valideyn müraciətlərinə xüsusi həssaslıqla yanaşılır.

“Agentliyin fəaliyyəti dövründə ümumi təhsil müəssisələrində aparılan yoxlamalar nəticəsində 134 nəfər işdən çıxarılıb, 133 nəfərə töhmət, xəbərdarlıq, şiddətli töhmət verilib”.

Seçilən
17
12
tehsil.biz

10Mənbələr