AZ

Növbəti Su-35 insidenti: bu dəfə MQ-9-la toqquşacaqdı...

Rusiya Aerokosmik Qüvvələrinin Su-35S təyyarəsinin rusiyalı pilotu Suriyada ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın MQ-9 kəşfiyyat-hücum pilotsuz təyyarəsi ilə toqquşmanın qarşısını alıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Müharibə Tərəflərinin Barışıq Mərkəzi rəhbərinin müavini, 1-ci dərəcəli kapitan Oleq İqnasyuk məlumat verib.

"Xüms əyalətində koalisiyaya məxsus MQ-9 kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı ilə Suriyanın cənub sərhədi boyunca planlı uçuş həyata keçirən Rusiya Aerokosmik Qüvvələrinə məxsus Su-35S təyyarəsi arasında toqquşma ola bilərdi. Rusiyalı pilot peşəkarlıq nümayiş etdirərək toqquşmanın qarşısını almaq üçün lazımi tədbir görüb", - məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən gün ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya məxsus "Boinq P-8 P-8 Poseydon" təyyarəsinin Rusiya Hərbi Hava Qüvvələrinin Aralıq dənizinin şərq hissəsində olan Su-35-ə təyyarəsinə təhlükəli şəkildə yaxınlaşdığı bildirilmişdi.

Seçilən
85
9
axar.az

10Mənbələr