AZ

Kubok oyunları təxirə salındı

İspaniya Kral Kubokunun ilkin təsnifat mərhələsində keçirilməli olan “Parla” – “Valensiya” və “Pontevedra” –“ Levante” oyunları təxirə salınıb.

Msport.az İspaniya Futbol Federasiyasının (RFEF) rəsmi saytına istinadən xəbər verir ki, buna ölkə ərazisində baş verən güclü qasırğa səbəb olub.

“Parla” – “Valensiya” görüşü noyabrın 6-da, “Pontevedra”- “Levante” matçı isə noyabrın 7-də keçiriləcək.

Daha əvvəl qarşılaşmaların bu gecə oynanılması nəzərdə tutulmuşdu.

Seçilən
79
1
msport.az

10Mənbələr