AZ

Latviya Prezidenti COP29-a gələcək

Latviya Prezidenti Edqars Rinkeviç COP29-da iştirak edəcək.

"Unikal" xəbər verir ki, bunu Latviyanın Azərbaycan Respublikasındakı səfiri Edqars Skuya deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Latviya Prezidenti Edqars Rinkeviç COP29-da iştirakını təsdiqləyib. Rinkeviç öz nümayəndə heyəti ilə iştirak edəcək.

“İlin ən böyük zirvə toplantısı olan COP29-a Azərbaycanın ev sahibliyi etməsi bizi çox sevindirir, iqlim dəyişikliyinin maliyyələşdirilməsi, deməliyəm ki, həlledici məsələlərdən biridir. Biz müzakirələri dəstəkləyirik. Biz bu kimi məsələlərdə fəal iştirak edəcəyik. Ümid edirik ki, COP29-da daha sonra konsensusa və çox yaxşı qərarlara nail olacağıq”, - deyə səfir əlavə edib.

Seçilən
19
50
unikal.az

10Mənbələr