AZ

Bakıda keçiriləcək COP29 böyük əhəmiyyətə malikdir - Hale Aydoğmuş

Bakı. Trend:

Bakının ev sahibliyi edəcəyi COP29 konfransı çox böyükəhəmiyyətə malikdir. Bütün dünyanın diqqəti burada olacaq.

Trend xəbərverir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin "AnadoluAgentliyi"nin ətraf mühit üzrə xəbərlər müdiri Hale Aydoğmuşdeyib.

"Biz bu periodu yaxşı dəyərləndirməliyik. İqlimlə bağlı xəbərhazırlayacaq olan jurnalistlər burada deyilənləri, verilənqərarları çox düzgün bir şəkildə dünyaya çatdırmalıdır. Bu sahədəjurnalist olmaq üçün xüsusi bir ixtisaslaşma lazımdır. İqlimləbağlı terminləri bilməli, COP konfransları haqqında məlumatlıolmalıdırlar.

Bu səbəbdən təlimlər mühüm əhəmiyyət kəsb edir. İqlimlə bağlıaraşdırmalar aparmalıdırlar. Bu gün mən də təlimçilərlə öztəcrübələrimi bölüşəcəyəm. Hər yanlış yazılan bir terminjurnalistin və işlədiyi qurumun nüfuzunu və etibarlılığını aşağısalır", – deyə o bildirib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Seçilən
30
39
az.trend.az

10Mənbələr