AZ

Bu gündən avtomobillərin COP29 zolaqlarından istifadəsinə dair qadağa qüvvəyə minir

Bakı. Trend:

Bu gündən avtomobillərin Bakının bir sıra küçələrində təşkiledilmiş COP29 zolaqlarından istifadəsinə dair qadağa qüvvəyəminir.

Trend xəbərverir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanındaAzərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bununla bağlıoktyabrın 15-də verdiyi icazənin müddəti bu gün başa çatır.

Belə ki, bu gündən etibarən COP29 zolaqlarına daxil olanavtomobil sürücüləri 100 manat cərimə ediləcək, eləcə də onlara 3bal yazılacaq.

Qeyd edək ki, yollarda çəkilən COP29 zolaqları avtobus zolaqlarıilə eyni xüsusiyyətlətə malikdir. Əslində, şəhərin mobillik planıçərçivəsində bu avtobus zolaqlarının çəkilməsi nəzərdə tutulmuşdu.Sadəcə, COP29 tədbiri ilə əlaqədar bu zolaqların çəkilməsisürətləndirilib.

Digər avtomobillərin avtobus zolaqlarından istifadəsinə daircərimələnmə mexanizmi, qaydalar COP29 zolaqlarına da aiddir. Buzolaqlar COP29 üçün nəzərdə tutulan xüsusi qrup taksilər,avtobuslar və tədbirin xüsusi xidmət avtomobilləri tərəfindənistifadə olunması üçün nəzərdə tutulub.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Seçilən
1
14
az.trend.az

10Mənbələr