Bakı. Trend:
İsrail prezidenti İsaak Hersoq Bakıda COP29-da iştirakedəcək.
Trend bu barədə İsrail KİV-əistinadən xəbər verir.
İ.Hersoq Prezidentin iqamətgahında keçirilən görüşdə İsrailnümayəndə heyəti qarşısında çıxış edərək, ABŞ-yə səfərindən sonraCOP29 konfransına qatılacağını açıqlayıb.
O, iqlim dəyişikliyi ilə mübarizənin əhəmiyyətini və regionaləməkdaşlığın formalaşmasının zəruriliyini vurğulayıb.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.