AZ

COP29-dan Azərbaycanın müsbət imicini formalaşdırmaq üçün istifadə etmək vacibdir - Analitik

Bakı. Trend:

COP29-dan Azərbaycanın müsbət imicinin formalaşdırılması üçünistifadə etmək vacibdir.

Trend xəbər verir ki, bubarədə “Economyfirst Limited London” şirkətinin siyasi analitiki vəkommunikasiya strategiyası üzrə mütəxəssisi Klaus Yurqens (KlausJurgens) COP29 ərəfəsində ADA Universitetində jurnalistlər üçüntəşkil olunmuş təlim zamanı bildirib.

"Mən hesab edirəm ki, jurnalistlər üçün belə tədbirlər öncəsitəlim seminarlarının keçirilməsi əla təşəbbüsdür. Bildiyimə görə,bu, artıq təşkil olunan üçüncü təlimdir və burada olmaqdan çoxməmnunam. Biz hamımız bir-birimizdən öyrənirik. COP29 Azərbaycanüçün mühüm hadisədir və bu, həm milli, həm də beynəlxalq mətbuatdaişıqlandırılmalıdır", - o bildirib.

Onun sözlərinə görə, COP29-dan Azərbaycanın müsbət imicininformalaşdırılması üçün istifadə etmək, eyni zamanda, dünyaya iqlimdəyişikliyi mövzusunun nə qədər əhəmiyyətli olduğunu çatdırmaqvacibdir.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Seçilən
24
39
az.trend.az

10Mənbələr