Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Besart Kadianın etimadnaməsini qəbul edib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev Konqonun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İvan Vanqu Nqimbinin etimadnaməsini də qəbul edib.
***
Azərbaycan Prezidenti İlham Əliyev Banqladeşin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanul Haqın etimadnaməsini qəbul edib.
***
Azərbaycan Prezidenti İlham Əliyev Ruandanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Çarlz Kayonqanın etimadnaməsini qəbul edib.