İngiltərənin “Mançester Yunayted” klubu yeni baş məşqçisini açıqlayıb.

İndex.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda Ruben Amorimə tapşırılıb. Onun müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.

39 yaşlı portuqaliyalı mütəxəssis bu postda Erik ten Haqı əvəzləyib.

Amorim noyabrın 11-də işə başlayacaq. O, “qırmızı şeytanlar”a qoşulanadək kollektivə Rud van Nistelroy rəhbərlik edəcək.

Qeyd edək ki, Ruben Amorim son olaraq ölkəsində “Sportinq”də işləyib.