"Mançester Yunayted"in yeni baş məşqçisi müəyyənləşib.
QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı Ruben Amorim çalışdıracaq. 39 yaşlı mütəxəssislə 2027-ci ilin yayınadək müqavilə imzalanıb. Portuqaliyalı mütəxəssis bu vəzifədə Erik ten Haqı əvəzləyib.
Qeyd edək ki, Ruben Amorim son olaraq "Sportinq"i çalışdırıb.