Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində 4-cü tur matçına çıxacaq.
İdmanxeber.az xəbər verir ki, Ağdam klubu səfərdə Norveç “Bodo Qlimt”i ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Oyunu Portuqaliyadan olan hakimlər idarə edəcəklər.
Hazırda Avroliqanın turnir cədvəlində “Qarabağ” 0 xalla sonuncu – 36-cıdır. “Bodo Qlimt” isə 7 xalla 9-cu pillədə qərarlaşır.
Avropa Liqası, Liqa mərhələsi, 4-cü tur
21:45. “Bodo Qlimt” (Norveç) – “Qarabağ” (Azərbaycan)
Hakimlər: Luis Qodinyo, Rui Teixeira, Pedro Almeida, Andre Narciso (Portuqaliya)
“Aspmira” stadionu